Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən şənbə günü həyatını itirən boks dünyasının əfsanəsi Məhəmməd Əlinin 10-u iyunda dəfni üçün ABŞ-a gedəcək.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan, müsəlman dünyasında müstəsna bir yeri olan Məhəmməd Əlinin cənazəsinə qatılmaq üzrə çərşənbə günü ABŞ-a getməyi planlaşdırır. Qeyd edək ki, cənazə mərasimi, Əlinin doğum yeri olan Kentucky əyalətinin Lousville şəhərində təşkil ediləcək. Ailəsi mərasimdə bütün dünyadan Məhəmməd Əliyə vida etmək istəyən hər kəsin qonaq olduğa çağırıb.