Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Fətəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev "Şöhrət" ordeni ilə təltif edilsin".

***

Prezidentin digər sərəncamı ilə Ramiz Fətəliyevə "Xalq artisti" fəxri adı verilib.
Qeyd edək ki, Ramiz Fətəliyev tanınmış ssenari müəllifi, rejissor, kino redaktoru, Əməkdar İncəsənət Xadimidir.