Son beş ildə Azərbaycanda 496 oğlan uşağına Ramazan, bir uşağa Ramazanəli adı verilib.
Unikal.org report-a istinadən xəbər verir ki, son beş ildə 344 oğlana Oruc, 28-nə Orucəli, 1 nəfərə Oruccan, 168 oğlana Qədir, 2-nə Qədirəli, 2-nə isə Qədirxan adları verilib.
Bu müddətdə doğulan 5 uşağa Mövlam adı qoyulub.
Bundan başqa, son beş ildə doğulan uşaqlara Allahqulu (10), Həsənqulu (2), Hüseynqulu (12), Amin (2562), Əhya (2), Xurma (9), Xurmayə (2), Noğul (4), Şəkər (40), Şəkərnaz (2) və s. adlar verilib.