"Ayağım qaşındı, sonra tutuldu, üzüyuxarı ağrı verməyə başladı".
Unikal.org CTV-yə (Region TV) istinadla xəbər verir ki, Cəlilabadda təsərrüfat işləri görən qadını əqrəb sancıb. Hadisə rayonun Boyxanlı kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı Nahidə Mənsimova örüş sahəsində təsərrüfat işləri görərkən əqrəb onun ayaq nahiyəsindən sancıb. Gənc qadın əvvəlcə buna bir o qədər əhəmiyyət verməsə də qısa müddətdə ayağının keyləşməsini hiss edib. Bundan sonra Nahidə Mənsimova Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına zəhər əleyhinə zərdab vurulub. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.
Nahidə Mənsimova: "Ayağım qaşınmağa başladı, sonra tutuldu. Üzyuxarı ağrı verməyə başladı. Sonra da həkimə gəldik"