Bakıda Xəzər rayon polis idarəsinin əməkdaşları bağ evlərini qarət edən şəxslər saxlayıb.
Unikalorg xezerxeber.com-a istinadən bildirir ki, saxlanılan şəxslər polis idarəsində ifadə verərkən 7 evdən oğurluq etdiklərini etiraf ediblər. İdarə əməkdaşları bundan başqa narkotik maddələrin satışı ilə məşğul olan şəxsi də saxlayıblar.
Yiyəsiz gördükləri evləri qarət edib, oğurladıqlarını isə onlayn alış-veriş saytlarında satıblar. Mənzillərin qarət edilməsi ilə bağlı bir gündə Xəzər rayon polis idarəsinə çoxsaylı şikayət daxil olub. Çox çəkməyib ki, bu işdə şübhəli kimi əvvəllər məhkum edilmiş Səbuhi Qasımov və Yəhya Əmirov saxlanılıblar. Onlar rayon ərazisində daha bir neçə evdən pul, qızıl zinət əşyaları və televizor oğurladıqlarını etiraf ediblər.
Polis saxlanılan şəxslərin evinndən oğurluq olduğu güman edilən 20-ə yaxın televizor və digər əşyaları aşkar edərək götürüb. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb. Hazırda onların bənzər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
İdarə əməkdaşları daxil olan məlumat əsasında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi də saxlayıb. Gəncə sakini Elburus Rüstəmovdan 8 kiloqramdan çox marixuana aşkar edilib. Bu faktla bağlı da cinayət işi başlanıb, polis narkotik maddənin mənbəyini araşdırır.