Bir il ərzində istirahətə getmək üçün aybaay pul ödədi. Amma istirahətindən də oldu, pulundan da. Növbəti sujetimizin qəhrəmanı Bakıdakı turizm şirkətlərindən birinin qurbanıdır.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, Rüfət Babayev ilk baxışdan sərfəli görünən bu təkliflə razılaşıb və ödənişlərini vaxtında edib. Bir neçə gün əvvəl sərfəli təklifin bəhrəsini görmək üçün turizm şirkətinə yaxınlaşdıqda isə bütün planları alt üst olub. Müsahibimiz turizm agentliyinə ümumilikdə 3000 manatdan çox pul ödəyib. İndi isə istirahətə gedə bilmir. Biz də turizm agentliyi ilə əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, əvvəl yerləşdikləri yer bağlanıb, telefon nömrələri isə işləmir.
Rüfət bəy turizm agentliyi ilə müqavilə bağlasa da hüquqşünaslar qeyd edir ki, bunun heç bir hüquqi qüvvəsi yoxdur. Hüquqşünaslar qeyd edir ki, belə hallarla qarşılaşmamaq üçün sadəcə müqavilə kifayət etmir. Turun da sığortalanması vacibdir.