Azərbaycan baş prokurorunun sabiq müavini vəfat edib.

Unikal.org Report-a istinadən xəbər verir ki, respublika prokurorluğunun veteranı Vaqif Nəzərov dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif İsrafil oğlu Nəzərov 1991-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə baş prokurorun müavini təyin edilib, 1992-ci ildə vəzifəsindən azad edilib və Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib.