İstanbulda növbəti terror aktı törədilib.
 
Bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.
 
Partlayıcı qurğunun uzaqdan idarə olunan mexanizmlə işə salındığı ehtimal edilir. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb.
 
İlkin məlumata görə, hadisə zamanı biri ağır olmaqla 5 polis yaralanıb.(APA)