
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.