Xanımlara qarşı silsilə şəkildə hücumlar edən Rəşad Məlikovun qoluna qandal vurulub.
Unikal.org anspress-ə istinadən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, Rəşad Məlikov Nəsimi rayonunda 6 xanıma qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.
Qeyd edilən faktla bağlı Nəsimi (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.