Gürcüstan paytaxtı Tiflisdəki Cümə məscidində Ramazan günlərində azan verilmir.
 
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.
 
R. İgidov bildirib ki, Gürcüstanda "Din haqqında" qanuna əsasən, yüksək səslə azan verilməməlidir: "Azan yalnız məscidin içində verilən bilər. Bildirirlər ki, azanın ucadan səslənməsi narahatlıq yaradır. Ancaq mən bu fikirlə razı deyiləm. Təklif edirəm ki, dövlətə, aidiyyəti təşkilatlara müraciət edək. Necə ki, xristianlar kilsədə yüksək səslə zəng çalır, biz də yüksək səslə azan verilməsini tələb edək. Bu məsələyə hamı, həmçinin ictimaiyyət dəstək verməlidir".
 
GMİ-nin rəhbəri Gürcüstanda vəhhabi-sələfi təhlükəsinin artdığını da diqqətə çatdırıb: "Bu gün İŞİD-ə qoşulanların əksəriyyəti onlardır. Biz icazə verməməliyik ki, sələfilər Gürcüstanda güclənsinlər".