Polis əməkdaşı Bakıda qəza törədib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Nizami rayonu, Babək prospekti 75 ünvanında qeydə alınıb. Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi "Hyundai İX-35" markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.