Rusiya hələ də Ukraynanı öz təsir zonasına salmaq planından əl çəkməyib.
Bunu Ukrayna mətbuatına müsahibəsində hərbi ekspert Nikolay Sunqurovski söyləyib. Onun sözlərinə görə, sentyabrda Rusiyada keçiriləcək parlament seçkisinə rəsmi Moskva Ukraynada kiçik qələbə "hədiyyə" edə bilər:
"Ruslar bizə hazırkı təmas xəttindən hücum etməyəcəklər. Ciddi hücum üçün düşmənin gücü yoxdur. Əsas hücum qüvvəsi Ukrayna-Rusiya sərhədindədir. Rusiya sərhədlərimizdə öz hərbi potensialını artırır. Üstəlik, avqustda baş tutacaq Qafqaz-2016 təlimi də bu qüvvələrin sərhəddə toplaşmasına şərait yaradacaq".