
Ukraynanın şərqində münaqişə zonasında ilin əvvəlindən 623 hərbi qulluqçu həlak olub.
Unikal.org-un xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.
"Bu il ordudakı itkilərimiz 623 nəfər təşkil edib", deyə S.Poltorak bildirib.
BMT-nin hesablamalarına görə isə, Donbasda münaqişə başlanandan 9,3 min nəfər həyatını itirib.