Türkiyədə Harun Yahya adı ilə tanınan, özünü ilahiyyatçı adlandıran Adnan Oktarın həbsxanada çəkilən görüntüləri yayılıb.
Unikal.org xəbər verir ki, fotolardan birində onun saxlanıldığı kamerada Quran oxuduğu görünür. Digər şəkillərdə isə Adnan Oktarın saçlarının boyanması, həmçinin bir qədər kökəlməsi diqqətdən qaçmayıb.
Qeyd edək ki, cinayət törətmək məqsədilə təşkilat yaratmaq, uşaqlara təcavüz, uşaqların oğurlanması, şantaj, siyasi və hərbi casusluq, dini inancdan istifadə edərək insanları aldatma, çirkli pulların yuyulmasında ittiham olunan Adnan Oktar 8 aydır həbs həyatı yaşayır.