Nigeriyanın şimal-şərqində dəfn mərasimi zamanı "Boko Haram" radikal qruplaşmasının silahlıları tərəfindən törədilən hücum nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə unikal.org xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl 18 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.
Hadisə cümə axşamı Madaqali şəhərində baş verib. Şahidlərin sözlərinə görə, axşam saatlarında silahlılar motosikllərlə hadisə yerinə gələrək dəfn mərasimində iştirak edən insanlara atəş açıblar.
Məlumata görə, daha 10 nəfər yaralıanıb. Yerli polis nümayəndəsi ölənlərin sayının arta biləcəyini istisna etməyib.