"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".
Unikal.org-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınıb.
M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib.
O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dərəcə artıb.