Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maninq ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.