Bir gənc 17 yaşlı sevgilisini küçənin ortasında vəhşicəsinə döyüb.
Unikal.org Türkiyə KiV-nə istinadən xəbər verir ki, hadisə Bursada baş verib. Sevgililərin mübahisəsi qısqanclıq üstündə olub.
Hadisə anı küçədəki təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
17 yaşlı qızın atası həmin video görüntüləri polisə təqdim edərək, oğlandan şikayət edib.
Polis, oğlanın axtarışlarına artıq başlayıb.