İranda son 1 həftə içərisində 8333 nəfər qrip şikayəti ilə xəstəxanalara gedib.

Unikal.org “IRNA”-a istinadən xəbər verir ki, bu insanların təxminən yarısının nəfəs almasında problem olduğu üçün ən azı 2 gün xəstəxanada qalıblar, digər xəstələr isə ambulator qaydada müalicə olunub. 

Ölkədə ötən həftə ölənlərin 25 nəfəri, sentyabr ayından sonra isə ölənlərin 81 nəfəri qrip epidemiyası səbəbindən dünyasını dəyişib. Son aylarda İranın bir çox bölgəsində donuz qripi aşkar edilmişdi.