Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə növbəti parlament seçkilərində iştirak etməyə bilər.
Bu barədə Unikal.org-a Araz Əlizadənin özü məlumat verib. O vurğulayıb ki, səhhətində yaranan problemlə bağlı bir neçə gün öncə xəstəxanaların birində əməliyyat olunub:
“Hazırda müalicələrim davam edir. Səhhətim imkan verərsə, növbəti parlament seçkilərinə qatılacam. Amma bunu dəqiq deyə bilmirəm”.
A.Əlizadə vurğulayıb ki, günlərdə rəhbəri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının toplantısı keçiriləcək: “Toplantıda neçə nəfər və kimlərlə seçkiyə qatılacağımız məlum olacaq”.
Amid Əyyuboğlu