İsrail Rusiyada həbs olunmuş vətəndaşı üçün Qüdsdəki meydanlardan birini və oradakı tarixi binadları Moskva rəhbərliyinə təhvil verib. 

Unikal.org xəbər verir ki,bu barədə Təl-Əviv şəhərinin rəhbərliyi məlumat verib.  

Məlumatda bildirilir ki, Şərqi Qüdsdəki İskəndər Meydanının, Moskvada 7,5 il həbs cəzasına məhkum edilmiş Naama Issachar üçün Rusiyaya verilib. İsrailin Maariv qəzeti bildirib ki, bu barədə 2019-cu ildə imzalanmış bir sənəd əldə ediblər. 

Həmin sənəddə bildirilir: 

"Rusiyanın, işğalı altındakı Qüdsün Keçmiş Şəhər bölgəsindəki "Aleksandr Meydanı"nın mülkiyyətini almaq tələbinə İsrail müsbət cavab verib. Moskva rəhbərliyinə təhvil verilən meydanın olduğu ərazi üzərində Alexander Nevsky Kilsəsi ilə yanaşı başqa binaların da var". 

Bildirilir ki, liderlər Qərbi Qüdsdə 5-ci Ümumdünya Holokost Forumunda iştirak edəcəklər. Rusiya Prezidenti Putin forumdan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb. 

İsrail mətbuatı isə Rusiyada həbsdə olan bir İsrail vətəndaşının buraxılmasına cavab Şərq Qüdsdəki Aleksandr Meydanının Moskvaya verildiyini bildirib. 

Putin Netanyahu görüşündən sonra Rusiyada 9 aydır həbsdə olan Naama Issacharın anası Yaffe Issacharla görüşüb. Ona "Hər şey yoluna düşəcək" deyib. 

Qeyd edək ki, 2019-cu ilin aprel ayında Moskvadakı hava limanında nəzarətə alınan Naama Issacharın çamadanında narkotik  maddə tapılmışdı. Eyni zamanda ABŞ vətəndaşı olan Issachar, Rus məhkəməsi tərəfindən 7,5 il həbs cəzasına məhkum edilib.