İstanbulda otellərin birində ofisiant işləyən Qədir Dəmir bu qabiliyyəti ilə hər kəsin maraq obyektinə çevrilib.

Unikal.org məlumat verir ki,  oteldə 1 ildən çox ofisiant işləyən Qədir Dəmir müxtəlif ölkələrin dilləri ilə maraqlanmağa başlayıb. Daha sonra fərqli ölkələrin turistləri ilə əlaqə qurub. Turistlərin çıxışlarını dinləyən Dəmir onların çıxışlarını təqlid etməyə başlayıb.

Belə ki, ofisiant 23 fərqli ölkədən olan vətəndaşların çıxışlarını təqlid edib, sosial şəbəkədə paylaşaraq milyonlarla insanının izləməsinə səbəb olub. Bir çox vətəndaşın nitqini təqlid edərək izləyicilərini təəccübləndirən Dəmir, dünyanın hər yerindən dəstək mesajı alıb.

Gülayə Mecid