Sahibkarlar Tağı Əhmədova qarşı üsyan etdi
Onlar niyə "Metro şefi"ndən şikayətlənirlər?
Dünən 50-dən çox sahibkar Prezident Administrasiyasının qarşısında toplaşıb. Şikayətçilər bildiriblər ki, onlar "Koroğlu" metro stansiyasının piyada keçidindəki ticarət obyektlərinin qaytarılmasını tələb edirlər.
"Bakımetropoliteni"nin rəisi Tağı Əhmədov vəd edib ki, stansiya yenidən qurulduqdan sonra ticarət obyektləri onlara qaytarılacaq. Lakin təmirdən sonra həmin obyektlər 15-20 min manata başqa sahibkarlara verilib.
Piketçilərin sözlərinə görə, obyektlərin alınması və başqa şəxslərə verilməsi əməliyyatına T.Əhmədovun oğlu Rauf rəhbərlik edir. O, Xətai Rayon Məhkəməsinin hakimidir.
Aksiya iştirakçılarına vəd verilib ki, noyabrın 15-də prezidentin iqtisadi siyasət üzrə müşaviri Əli Əsədov sahibkarları qəbul edəcək. "Bakımetropoliteni"ndən isə məsələ ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, Bakı Metropoliteninin keçidlərində ticarətlə məşğul olan sahibkarlar mütəmadi olaraq haqsızlıqlardan şikayətlənirlər. Onların obyektlərinin əlindən alınmasınadək yerhaqqılarının mütəmadi olaraq qaldırılmasınadək çeşidli çətinliklərlə üzləşməsi ilk dəfə deyil.
İndi belə görünür ki, artıq onlar Tağı Əhmədovdan narazılıqlarını sadəcə, KİV vasitəsilə bəyan etmək fikrində deyillər və üzləşdikləri haqsızlıqlarla əlaqədar etirazlarını dövlət qurumlarının qarşısınadək daşımağa başlayırlar.
Bir sözlə, belə getsə, biz "metro şefi"ndən narazı qalanların bu cür aksiyalarına hələ çox şahidlik edəcəyik.
Azər Aslan
Digər Xəbərlər
2025-02-23 09:06:25

2025-02-23 08:42:45

2025-02-23 08:22:16
.jpeg)
2025-02-22 22:54:30

2025-02-22 22:41:00

2025-02-22 22:12:59

2025-02-22 20:12:31
2025-02-22 19:13:50

2025-02-22 17:02:00

2025-02-22 16:25:00

2025-02-22 15:40:00

2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27

2025-02-22 12:07:27

2025-02-22 12:05:39

2025-02-22 11:45:00
