Yas mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək icazəsi alınmalıdır.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, icazə almaq üçün 8103 SMS xidmətinə məlumat göndərmək tələb olunur.
İ.Məmmədov, həmçinin qeyd edib ki, yasda iştirak etmək üçün təkcə SMS göndərmək kifayət deyil, həkimin ölümlə bağlı təsdiq etdiyi sənəd də vacibdir.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Yeni qaydalara əsasən, aprelin 5-dən etibarən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə məlumat verməli olacaqlar.