Deputatlar Şamaxının icra başçısı haqqında nə deyəcəklər?
13:07 21-11-2012
CƏMİYYƏT
Deputatlar Şamaxının icra başçısı haqqında nə deyəcəklər?
Asif Məmmədov rayonda hasarlamalara start verib
Bu yaxınlarda Milli Məclisdə bir çox deputatlar ilginc bir məsələyə toxundular. Bu, uzun zamandır medianın, müstəqil və müxalifyönlü ekspertlərin də haqqında tez-tez danışdıqları hasarlamalar mövzusu idi. Həmin hasarların arxasında məmurların öz sərvətlərini və ya şəhər və rayonların eyibni gizlətmək istədiyi bildirilir.
Elə bu barədə danışan millət vəkilləri də hasarlamalarla bağlı məmur əməliyyatlarını tənqid etdilər və ona son qoyulmasını istədilər. Elə bir vaxtda isə biz Şamaxıdakı mənbələrimizdən rayonun icra başçısı Asif Məmmədovla bağlı maraqlı məlumat əldə etmişik. Həmin məlumata görə, Asif Məmmədov Şamaxının düz mərkəzi küçələrində hündürlüyü 3 metrə çatan hasar tikdirir! Özü də dövlət büdcəsindən Şamaxıda abadlıq və quruculuq işləri aparılması üçün ayrılan vəsaitlər hesabına!
Dərd burasındadır ki, Asif Məmmədovun hündür hasarları yalnız evlərin, mağazaların qarşısını kəsməyib. Həm də özünəməxsus tarixi arxitekturası, gözəlliyi olan Şamaxının qədimliyinə qarşı yönəlib.
Mərkəzi yolların kənarlarının hasarlanması nəticəsində evlərinin, obyektlərinin qarşısı kəsilən sahibkarlar və sakinlər bununla bağlı yerli icra hakimiyyətinə və Bakıdakı aidiyyatı dövlət qurumlarına dəfələrlə şikayətlər etsələr də, onların bütün müraciətləri cavabsız qalıb.
İndi parlamentdə yolqırağı hasarlarla bağlı tənqidi fikirlərini səsləndirən, bu məsələdə onlarla həmrəy olan Milli Məclis üzvlərinə düşən narahatlıqlarını konkret fakt üzərindən - Şamaxıdakı mərkəzi yollarının kənarlarına 3 metrlik hasarlar çəkilməsi ilə bağlı yenidən dilə gətirsinlər.
Bəlkə təkcə Asif Məmmədov yox, digər rayon rəhbərləri və başqa məmurlar da artıq bu hasarlamalar dövrünə son qoyalar. Nə sərvətlərini, nə də rəhbərlik etdikləri rayonların, şəhərlərin, müəssisələrin eyiblərini, çatışmazlıqlarını hasar arxasında gizlətmək istəməyələr.
Yoxsa orta çağlarda bəzi Avropa ölkələrində geniş yayılan "çəpərləmələr dövrü" indiki zamanda bizim ölkəmizdə "hasarlamalar dövrü" kimi tarixə düşəcək, bundan qazancımız isə biabırçılıqdan başqa bir şey olmayacaq.
Həsən Əli
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31