"... namizədimiz İlham Əliyev olacaq"
13:08 23-11-2012
CƏMİYYƏT
"... namizədimiz İlham Əliyev olacaq"
"Azərbaycan hakimiyyəti, mövcud siyasi komanda və onun tərkib hissəsi olan hakim Yeni Azərbaycan Partiyası vahid, monolit qüvvədir. Bu qüvvə bir yerdə güclü dövlət, sosial rifah prinsipini əldə rəhbər tutaraq Azərbaycan dövlətinin daha da inkişafı, çiçəklənməsi və dünyada söz sahibinə çevrilməsi yolunda birgə addımlayır".
Bunu hakim partiyadan olan millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova indiki iqtidarın 2013-cü il prezident seçkiləri ilə bağlı ciddi problemlər yaşanması yönündə müxalif mediada yer alan məlumatlara münasibətini bildirərkən deyib.
Onun dediyinə görə, hakim siyasi komanda hər zaman bütün situasiyalarda bir yerdə olub və bundan sonra da bu monolitlik daim qorunub saxlanılacaq:
"Bizim məqsədimiz Azərbaycanın sürətli və dinamik inkişafına öz töhfəmizi verməkdir. Biz müvafiq siyasi komanda olaraq eyni amallar və məqsədlər uğrunda mübarizə aparır və çalışırıq. Bu yolda bizə heç bir qüvvə mane ola bilməyib və inanıram ki, bundan sonra da bu yöndəki istənilən cəhdlər uğursuzluğa məhkum olacaq. Biz bugünkü müstəqil Azərbaycanla, onun uğurları, nailiyyətləri ilə fəxr edir və burada da heç zaman öz məsuliyyətimizi unutmuruq. Çünki müxalifətdən və onun nəzarətində olan mətbuat orqanlarından fərqli olaraq bizim xalq və dövlət qarşısında ciddi məsuliyyətimiz, öhdəliyimiz var. Biz bu məsuliyyətdən heç zaman boyun qaçırmamışıq və qaçırmayacağıq.Bizim hər bir addımımız Azərbaycan xalqı və dövləti qarşısındakı məsuliyyət üzərində qurulub. Odur ki, qarşıdan gələn seçkilərlə bağlı müxalifətin və müxalif medianın təmsilçilərinin əsassız, düşünülməmiş, əksər hallarda qərəzli fikri bizi o qədər də maraqlandırmır. Biz öz yolumuzla gedirik və vahid siyasi komanda olaraq bu yolda, prosesdə birgə davam etməkdə qərarlıyıq. Bu gün bizim vahid bir siyasi qüvvə olaraq prezidentliyə yeganə namizədimiz var. Bu, müstəqil Azərbaycan dövlətinin prezidenti və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevdir. Biz növbəti seçkilərdə də onun namizədliyini irəli sürüb, seçkilərdə növbəti dəfə möhtəşəm qələbə əldə etməsi istiqamətində bütün lazım olan addımları atacağıq. Hesab edirəm və inanıram ki, qədirbilən Azərbaycan xalqı da onun öz namizədi olan İlham Əliyev cənablarının növbəti 5 il üçün Azərbaycanı idarə etməsinə, prezident seçilməsinə birmənalı müsbət münasibətini ortaya qoyacaq. Azlıqda və kənarda qalan qüvvələr isə bu yolda heç bir əngəl ola bilməyəcəklər. Biz növbəti seçkilərdə möhtəşəm qələbəmizə tam əminik".
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44