Yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı xüsusi bir preparat hazırlanmasa da, virusa yoluxan insanlar müxtəlif köməkçi dərmanlarla müalicə olunurlar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Harvard Universitetində aparılan araşdırmaya görə, koronaviruslu xəstələrin müalicəsində istifadə olunan malyariya dərmanı ölüm riskini 45% artırır.

Həmin dərmanın ürək ritminin pozulmasına da yol açdığı bildirilib. Qeyd edək ki, aparılan araşdırmada 96 min koronavirus xəstəsindən götürülən nümunələrdən istifadə olunub.

Eyni zamanda məlum olub ki, müalicə müddətində dərman qəbul etməyənlərin ölüm riski 9% təşkil edir.