Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair müzakirələr aparılıb.
Həmçinin, onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.