Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nı təsdiq edib.

Unikal.org xəbər verir ki, bununla bağlı Baş Nazir Əli əsədov sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Daxili İşlər Nazirliyinə (DİN) həvalə edilib.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirməli və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 iş günü ərzində DİN-ə təqdim etməlidirlər.

DİN Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.