İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında baş verib. Yeraltı təkanlar Ambon adlı eyniadlı adada yerləşən şəhərdən 209 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat yayılmayıb.