Azərbaycana qarşı yeni iddia
13:37 04-12-2012
İQTİSADİYYAT
Azərbaycana qarşı yeni iddia
İran-Azərbaycan münasibətlərinin gərginləşməsi qərbin maraqlarına cavab verir
Son zamanlar Azərbaycan- İran münasibətlərində bir istiləşmə hiss olunmaqdadır və demək olar ki, ötən aylardakı gərginliklər artıq arxada qalıb. Həmçinin İran,Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin gözlənilən görüşündən sonra münasibətlərin daha da qaydaya düşəcəyi gözlənilir.
Dünənə qədər Azərbaycanı hədələrlə təzyiqdə saxlamağa çalışan İran rəsmiləri indi fərqli mövqe tutublar və görünən budur ki, iki ölkə münasibətlərində gərginlik yaradılacaq məqamlar hələ ki, arxa plandadır. Amma deyəsən iki ölkə münasibətlərində ki, istilik bəzi qüvvələri narahat edir və növbəti atılan addım bu münasibətlərin pozulmasına yönəlib. Belə ki, Britaniyanın "The Sunday Times" qəzetinin Təl-Əviv müxbirinin yaydığı məlumata görə, İsrail İranın ballistik raketlərindən müdafiə olunmaq üçün etibarlı sistem qurub. Bildirilir ki, İran ballistik raketlərini Amerika radarları qeydə alacaq, İsrail isə onları elə start meydançasında Azərbaycan ərazisindən havaya qalxan pilotsuz kəşfiyyat təyyarəsi ilə zərərsizləşdirəcək.
Qəzetin yazdığına görə, Amerikanın raketdən müdafiə sistemi radarları İsrailin Neqev səhrasında yerləşdirilib, bu radarlar "Petriot", "Hets" və digər İsrail raket kompleksləri ilə birgə fəaliyyət göstərir. İsrail ordusundakı qaynaqlardan bildirildiyinə görə, yəhudi dövləti İranın nüvə obyektlərinə hava zərbələri endirməyə hazırdır və öz ərazisini, habelə regiondakı müttəfiqlərinin strateji obyektlərini İranın ballistik raketlərinin cavab zərbələrindən qorumaq üçün etibarlı sistemə malikdir.
Qəzet yazıb ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum etsə, paralel olaraq bu ölkənin ballistik raket komplekslərinə də hücum ediləcək. Bu məqsədlə İsrail ordusunun sərəncamında qanadlarının eni "Boeing-737" təyyarəsinin qanadlarının eni böyüklükdə olan nəhəng "Eitan" (digər adı "Heron") pilotsuz kəşfiyyat təyyarələri var. "Eitan" pilotsuz təyyarələri 70 saat fasiləsiz havada qala bilir və onlar artıq İsrailin sıx hərbi tərəfdaşlıq etdiyi Azərbaycanın ərazisindəki hərbi bazada dislokasiya olunub", - deyə mənbə bildirib. Həmin təyyarələr cəmi bir neçə dəqiqə ərzində havaya qalxaraq İran səmasına daxil ola bilər. Onlar 1 ton ağırlığında bomba, həmçinin Amerika istehsalı olan və hədəfi yüz faiz dəqiqliklə vuran "Hellfire" ("Cəhənnəm odu") raketi daşıya bilir. "Biz eyni vaxtda bütün tərəflərdən hücum etməyə hazırıq", - deyə İsrail Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Doran Qaviş qəzetə açıqlamasında bildirib. "Əgər bizə İranla eyni vaxtda Qəzza sektorundan "Həmas" və Livanın cənubundan "Hizbullah" hücum edərsə, hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq. Bizim öz vətəndaşlarımızı və hərbi obyektlərimizi düşmən raketlərindən müdafiə etmək üçün vasitələrimiz kifayət qədərdir", - deyə o əlavə edib.Maraqlıdır, Azərbaycan belə bir addım ata bilərmi? Ekspertlər bildirir ki, zaman-zaman bu cür iddialar xarici mətbuatda öz əksini tapır və sonuncu dəfə məhz bu xarakterli xəbərə görə iki ölkə münasibətləri kifayət qədər gərginləşmişdi. Amma onda prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz ərazisindən istifadəyə icazə verməyəcək və bundan sonra aparılan araşdırmalarda sübut etdi ki, qərb mətbuatında yazılanlar doğru deyil. Ən qəribəsi isə budur ki, hər dəfə belə iddialar elə İsrailin özündən gəlir. Bu isə yəqin ki, nəyəsə işarədir. Ümumiyyətlə ekspertlər bildirir ki, ortaya atılan son iddiada öz təsdiqini tapmayacaq. Çünki Azərbaycan belə bir addım atmaqla dövlətçiliyini belə təhlükə altına ata bilər. Çünki İran dəfələrlə bəyan edib ki, ona hərbi müdaxilə olarsa ilk hədəf elə Azərbaycan olacaq. Buna görə Azərbaycanın bu prosesə qatılması sadəcə mümkünsüzdür. Ekspertlər bildirir ki, qərbdən yenə belə iddiaların gəlməsi isə Azərbaycanla İran münasibətlərinin qaydaya düşməsinə görədir. Çünki iki ölkə münasibətlərinin qaydaya düşməsi qərbin maraqlarına cavab vermir. Gərginlik olanda isə hadisələrə kənardan nəzarət etmək daha rahat olur. Buna görə də ekspertlər bildirir ki, dərc olunan son yazıda təxribat xarakterlidir və heç bir əsası yoxdur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00