EDUSAID/Azerbaijanın, Şərq-Qərb İdarəetmə İnstitutu (East-West Management Institute (EWMI)) və İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı ilə SEDA layihəsi çərçivəsində bölgələrdə məlumatlandırma, o cümlədən müxtəlif müəssisələrin tikinti layihələri ilə tanışlıq həyata keçirilir.
Unikal.org xəbər verir ki, bu gün SEDA çərçivəsində Lerik rayonu Piran icması “Bal emalı müəssisəsinin tikintisi” layihəsi ilə bağlı tanışlıq tədbiri keçirilib.
Tədbirdə Lerik rayonunu Milli Məclisdə təmsil edən İqbal Məmmədov iştirak edib. Görüş zamanı layihə çərçivəsində görülən işlərlə bağlı millət vəkili İqbal Məmmədova məlumat verilib. O cümlədən görüş zamanı SEDA layihəsinin məqsədi, fəaliyyəti, Lerik rayonunda bundan əvvəl həyata keçirilmiş layihələr, yeni əməkdaşlığa cəlb olunan icmalar haqqında geniş müzakirələr aparılıb.
Millət vəkili İqbal Məmmədov da görüşdən məmnun qaldığını, SEDA-nın fəaliyyəti yüksək qiymətləndirdiyini vurğulayıb, gələcəkdə Lerik icmasına hər cür dəstək göstərəcəyini deyib.