“Bu gün kütləvi şəkildə tədbirlərə qatılmaq qanun pozuntusudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, koronavirus təhlükəsinə görə 5 nəfərdən artıq toplaşmaq qadağandır”.
Unikal.org-un məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
A. Rəhimov deyib ki, insanların vətənpərvərlik duyğusunu anlayışla qarşılayır: “Ancaq yoluxma təhlükəsini nəzərə alsaq, bu gün bu formada, kütləvi şəkildə toplaşmaq düzgün deyil”.