Ötən gün Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.
Unikal.org xəbər verir ki, dövlət başçısının bu çağırışına Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun oğulları Taleh və Nicat Heydərov qardaşları da qoşulublar. Belə ki, onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar. Bununla bağlı nazirin böyük oğlu Taleh Heydərov öz Whatsapp statusunda paylaşım edib.