Son günlər Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin apardığı təxribatlar, Azərbaycan xalqının səbrinin tükənməsinə gətirib çıxarmışdır. Həmrəylik şağırışları ilə bütün xalq Ali Baş Komandan, Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı mübarizə istəklərini ifadə etmişlər. Bu işə hər bir azərbaycanlı öz töhfəsini verməlidir. 

Unikal.org xəbər verir ki, millət vəkili Novruz Aslanovun  yaradıcılığında vətənpərvərlik ruhu əsas istiqamənlərdən biridir.

Onun bəstələdiyi bir çox musiqilərdə bunu görmək mümkündür. Bir neçə il əvvəl “Cəngi sədası” adı ilə ərsəyə gətirdiyi mahnı,  gənclərimizdə vətənə sevgi aşılayan, dövlətimizin və ordumuzun qüdrətini göstərən mahnılar sırasındadır. Sözləri mərhum xalq artisti Rafael Dadaşova məxsus, Nurlan Əzizbəylinin ifasında həmin mahnını sizə təqdim edirik.