ABŞ-da 15 yaşlı məktəbli qız ev tapşırıqlarını etmədiyi üçün həbs edilib. Hadisə hüquqmüdafiəçilərinin diqqətini çəkib.
Unikal.org “Detroit Metro Times”a istinadla xəbər verir ki, Qreys ötən il oğurluqda və başqasına hücum etməkdə ittiham olunmuşdu. Yeniyetməyə məktəbdə sınaq müddəti verilmişdi.
Şərtlərdən biri olan ev tapşırığını yerinə yetirmədiyi üçün hakim cari ilin may ayında yeniyetməni həddi-buluğa çatmayanlar üçün cəzaçəkmə kompleksinə göndərib.
Bildirilir ki, Amerika məktəblərində koronavirus pandemiyaya görə dərslər onlayn şəkildə keçirilir, yeniyetmədə isə bu cür təhsil çətin alınırdı. Hüquqmüdafiəçiləri Qreysin işinə yenidən baxılmasına nail olublar.