Ermənistanın iyulun 12-dən başlayan təxribat xarakterli hücumlarına cavab olaraq ABŞ-da yaşayan soydaşlarımız bu ölkənin səfirliyinin önündə etiraz aksiyası keçiriblər. 

Unikal.org xəbər verir ki, səfirliyinin qarşısında Azərbaycanın dövlət himni oxunub. Aksiya iştirakçıları “Yaşasın Azərbaycan, yaşasın millətimiz, yaşasın dövlətimiz, yaşasın birliyimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını da səsləndiriblər.

Qeyd edək ki, iyulun 12-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən tərəfinin yaratdığı gərginlik hələ də davam edir.