Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq, Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri - M.Quliyev və İ.Heydərovla birgə saxlanılıb.
Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub.