Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir neçə şəxs cəzalandırılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.
Cərimə edilənlər arasında tanınmış müğənni Azad Şabanov da var.