Söyün Sadıqov indi də siyasi partiya lideri simasında
10:57 14-12-2012
CƏMİYYƏT
Söyün Sadıqov indi də siyasi partiya lideri simasında
Rusiya Azərbaycanı açıq şəkildə şantaj edir
Son zamanlar Rusiyada yaşayan azərbaycanlıların sistemli şəkildə aktivləşməsi göz qabağındadır və bu heç də birmənalı qarşılanmır. Belə aktivlik göstərən və nədənsə Azərbaycan hakimiyyətinə qarşı sərt açıqlamalarla çıxış edən Söyün Sadıqov imkanlarını daha da genişləndirə bilib.
Belə ki, dekabrın 10-da Rusiya prezidenti Vladimir Putin öz səlahiyyətli nümayəndələri ilə görüşüb və onların səlahiyyət müddətini 2018-ci ilə qədər uzadıb. Görüşdə Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının təsisçilərindən olan Söyün Sadıqov da iştirak edib.
Vladimir Putin səlahiyyətli nümayəndələrinin prezident seçkiləri öncəsi verdiyi vədlərin reallaşmasına çalışmasını istəyib. Rusiya prezidenti səlahiyyətli nümayəndələri ilə hər il iki belə görüşün keçiriləcəyini bildirib. Eyni zamanda Vladimir Putinin səlahiyyətli nümayəndələri ayda bir dəfə Prezident Administrasiyasının rəhbəri və nazirlərlə görüşəcək.
Söyün Sadıxova prezidentin seçkiqabağı proqramındakı milli və iqtisadi blokdakı məsələlərdə iştirak etmək tapşırılıb. Eyni zamanda Söyün Sadıqova təklif edilib ki, təşkilatlanma işi ilə məşğul olsun, rəhbərlik edəcəyi yeni siyasi partiyanın – Milli Vahid Rusiya Partiyasının təsis qurultayına hazırlaşsın. Söyün Sadıqov qeyd edib ki, həm Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, həm də yeni yaradılacaq siyasi partiya ilə bağlı məsələlərə lazımi diqqət ayıra bilməyəcəyi üçün dekabrın 31-dək Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Rəyasət Heyəti qurumun yeni prezidentini seçməlidir.Maraqlıdır, Söyün Sadıqovun Rusiyada partiya yaratması Azərbaycan hakimiyyəti üçün nə demək olacaq? Öncəliklə bu qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin son zamanlar Azərbaycan hakimiyyəti ilə gərgin durumdadır və bu gərginlik hər gün artır. Son olaraq Rusiyanın Qəbələ RLS-indən imtina etməsi bu gərginliyi ən yüksək həddə çatdırdı. Sözsüz ki, Rusiya bununla barışmayacaq və hər zaman hakimiyyət üçün ciddi problemlər yaratmağa çalışacaq. Hazırda isə qarşıdan prezident seçkiləri gəlir və Rusiya bu fürsətdən yararlanmağa çalışır. Rusiyada “Milyarderlər İttifaqının” təsis olunması da bunun bariz nümunəsidir. İndi isə Söyün Sadıqovun həm də partiya quruculuğu işinə başlaması təsdiqləyir ki, Rusiya Azərbaycana qarşı formalaşdırdığı azərbaycanlı iş adamlarının həm də siyasiləşməsi məsələsinə başlayıb. Ekspertlər hesab edir ki, bu proses davamlı olacaq və Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi və hakimiyyətə qarşı yönləndirməsi prosesi davam edəcək. Bunu da qeyd edək ki, Azərbaycan vətəndaşı olan və Rusiyada fəaliyyət göstərən azərbaycanlıların sayı iki milyona yaxındır və bunların hər biri seçicidir. Deməli rusiya Azərbaycanda iki milyonluq bir səsə sahib olmağa çalışır. Bundan başqa kifayət qədər kapitala sahib olan əsas simaların ortaya çıxması həm də o deməkdir ki, 2013-cü il seçkilərində müxalifətə lazımi qədər maliyyə yönləndiriləcək. Bunu da qeyd edək ki, “Milyarderlər İttifaqı”nın Azərbaycanda az qala rəsmi nümayəndəliyi kimi qəbul olunan Ziyalılar forumunun müxalifətlə sistemli görüşləri başlayıb. Ekspertlər bildirir ki, hazırda Ziyalılar Forumunun qarşısında iki yol var. İlk ehtimala görə Ziyalılar Forumu seçkilərdə müstəqil qrum olaraq iştirak edəcək və artıq təşkilatın təsisçilərindən olan Eldar Namazov namizəd olacağını bəyan edib. Rusiya məhz bu namizədə münbit şərait yaratmaqla hakimiyyəti ciddi problemlərlə üz-üzə qoya biləcək. Digər yol isə budur ki, Ziyalılar Forumu ənənəvi müxalifətlə ortaq məxrəcə gələcək və seçkilərdə ya Müsavat başqanı İsa Qəmbərə, ya da AXCP sədri Əli Kərimliyə dəstək verəcək. Bunu da qeyd edək ki, hər iki partiya sədri bu qüvvələrlə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. Ekspertlər bildirir ki, Rusiya hətta qısa müddət ərzində Azərbaycanda qeydiyyatdan keçmiş partiyalardan birini ələ keçirtməklə də vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Hətta Rusiyada yaşayan azərbaycanlılar bu partiyaya üzv kimi cəlb olunmaqla böyük qüvvəyə çevrilə bilərlər. Bunu da qeyd edək ki, Rusiya artıq bu məqsədini gizlətmir və açıq şəkildə mövcud hakimiyyət şantaj olunur. Hələlik bu prosesdə aparıcı sima Söyün Sadıqovla, Rüstəm İbrahimbəyovdur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27