Bu günlərdə adı 67 yaşlı kişini döyməkdə hallanan məşhur müğənni Halil Sezaiyə qarşı münasibətlər səngimir.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dəfə münasibət isə Ailə, İş və Sosial Xidmətlər nazirliyindən gəlib. Açıqlaması zamanı “Nazirliyimiz qadın, uşaq, fiziki məhduduyyətli, eləcə də yaşlı insanlara qarşı edilən şiddətə qarşı mübarizə aparacaq” deyən nazir şiddətə məruz qalan Hüseyn Meriçi ziyarət edib.
Qeyd edək ki, müğənni Halil Sezai ötən gün "qəsdən silahla yaralamaq" iddiasıyla həbs olunub və onun Maltəəpə Həbsxanasına köçürüldüyü bildirilir.