Qondarma “DQR”nın rəhbəri Araik Arutyunyanın keçirdiyi iclasın video-görüntüsündə ABŞ ordusunun formasını geyinən şəxsin kimliyi bəlli olub.
Unikal.org xəbər verir ki, bu şəxs qondarma rejimin hazırkı “milli təhlükəsizlik xidmətinin” rəhbəri, general-mayor Kamo Ağacanyandır.
Qeyd edək ki, Ağacanyan 1971-ci ildə ildə Xocavəndin Hadrut qəsəbəsinin Edilli kəndində anadan olub. O, 2013-cü ildə qondarma rejimin “polis”inə rəhbər gətirilib. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra onun təzyiqləri sayəsində qondarma rejimin o zamankı “lideri” Bako Saakyan Ağacanyanı istefaya göndərib, daha sonra isə özünün xüsusi məsələlər üzrə nümayəndəsi təyin edib. Araik Arutyunyan qondarma rejimin rəhbəri seçildikdən sonra Ağacanyanı hazırkı “vəzifəsi”nə təyin edib.