Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Xəzər RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Murad İbrahimli