Ermənistanda hüquq müdafiəçisi Avetik İşxanyan polisə tərəfindən saxlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş ombudsman Ruben Melikyan sosial şəbəkədə yazıb. O qeyd edib ki, A.İşxanyan ona şəxsən telefon açıb və polisdə olduğunu bildirərək vəkil kimi gəlməsini xahiş edib.

Qeyd edək ki, hüquq müdafiəçisi Avetik İşxanyan Paşinyana qarşı mitinqlərin aktiv iştirakçısı olub.