"Beşiktaş" Türkiyə Superliqasında növbəti matçına çıxıb.
Unikal.org xəbər verir ki, İstanbul təmsilçisi 24-cü turda səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.
Görüşdə hesabı 4-cü dəqiqədə "Beşiktaş"ın oyunçusu Raçid Qezzal açıb. Komandaya qayıdan yeni transfer Cenk Tosun isə 89 və 90+4-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb. Beləliklə, "qara qartallar" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Beşiktaş" bu qalibiyyətdən sonra lider "Qalatasaray"la xal sayını bərabərləşdirib və 2-ci yerdə qərarlaşıb. Eyni xalı olan "Fənərbaxça" isə turnir cədvəlində 3-cüdür.