Fransanın Nitsa şəhərində istirahət günlərində karantinin tətbiqinə etiraz olaraq 400-ə yaxın insanın iştirakı ilə aksiya keçirilib.

Unikal.org “BFM” telekanalına istinadən xəbər verir ki, məhkəmənin yaxınlığındakı meydana toplaşan nümayişçilərin bir çoxu maska taxmayıb.  “Vətənpərvərlər” assosiyasiyasının nümayəndələri istirahət günlərində karantinin tətbiq edilməsini “sanitar diktarura” adlandırır.

Qeyd edək ki, Nitsa şəhərində koronavirusla mübarizə tədbirlərini yoxlayan polis patrulları gücləndirilib.  Səhər saatlarında polis əməkdaşları 90 yoxlama aparıb, nəticədə maskadan istifadə olunmaması səbəbindən 12 cərimə yazılıb.