CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 7-də 61,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Unikal.org xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.