Nəğməkar şair Zemfira Əlişqızı koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə şairənin özü məlumat verib. O, qeyd edib ki, Covid-19 testinin nəticəsi pozitiv çıxıb:
"Amansız virus məni də yaxaladı. 5 gün evdə müdaxilə etsək də heç bir xeyri olmadı. Sonda xəstəxanaya yerləşdirildim. Virus yoxdur, deyib yan keçməyin. Xəstəliyinizi gizlətməyin. Burada utanacaq heç nə yoxdur. Özünüzü qorumaqla ətrafınızı qorumuş olursunuz. Şox şükür ağır günləri atlada bildim. Bütün tibbi personala, həkimlərə təşəkkür edirəm".