Qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən aparıcı Seren Serengildən xəbər var.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl halı pisləşdiyi üçün aparıcısı olduğu "Söylemezsem olmaz" proqramından xəstəxanaya aparılan Seren səhhəti ilə bağlı açıqlama verib:
“Gündə 10-15 ədəd dərman içirəm. Amma bədənimdə qalmır. Ona görə də sistem vurdururam. Axmaqlığımdan bu vəziyyətə düşdüm. Yemək yediyim anda mədəm bulanır. Şəkərim düşür, beynimə oksigen getmir”.
Serengil işə getmədiyini, 8 günlük tətilə çıxdığını və hazırda Bodrumda olduğunu bildirib.
Xatırladaq ki, aparıcı dumping sindromundan (mədə qidanın qalmaması xəstəliyi) əziyyət çəkir.